|
Mərkəzləşdirilmiş müşahidə pultu |
|
Şirkətin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi ilə müştərək layihəsi
Bu – dövlət və xüsusi əmlakın bütün sutka boyunca mərkəzləşdirilmiş nəzarətini təmin edən “YARASA” şirkətinin AR DİN Baş Mühafizə İdarəsi ilə birgə layihəsidir.
“YARASA-İNFORMER” xidməti Mərkəzləşdirilmiş Mühafizə Stansiyasının “İNFORMER 12000” radio-qəbuledicisinin, “ADEMCO” telefon qəbuledicisinin və həmçinin yüksəkkeyfiyyətli proqram vasitələrinin bazasında olan müasir avadanlığı ilə təchiz edilmişdir.
Xidmətin növbətçi operatorları mühafizə olunan obyektlər üzərində 24 saat ərzində monitorinq həyata keçirirlər. Belə obyektlərdə meydana çıxan bütün texniki nasazlıqlar texniki qrup tərəfindən operativ şəkildə aradan qaldırılır. Mühafizə olunan obyektə icazəsiz daxil olma halında quraşdırılmış mühafizə-yanğın siqnalizasiyası avtomatik şəkildə işə düşür və həyəcan siqnalı elə həmin andaca həm telefon xətti ilə, həm də radiokanalla növbətçi operatorun pultuna daxil olur.
Növbənin operatoru xüsusi silahlı polis dəstəsinin hadisə baş verən yerə göndərilməsi üçün həyəcan siqnalını ani şəkildə müvafiq rayonun hərəkətdə olan polis dəstəsinə ötürür. Silahlı dəstənin hadisə yerinə gəlməsi vaxtı üç dəqiqədən çox çəkmir ki, bu da dünya standartlarına uyğundur.  
|