Mühafizə sistemləri sahəsində olan böyük iş təcrübəsi mütəxəssislərimizə nüfuzlu ekspert qismində çıxış edərək, obyektlərin təhlükəsizliyinin təmin edilməsi mövzusunda onların rəhbərlərinə, sahiblərinə və personalına məsləhətlər verməyə imkan verir..

Konsaltinq Obyektin təhlükəsizliyinin təmini üçün konsaltinq işlərinin aparılması.

"YARASA Ltd" şirkəti təhlükəsizlik sistemlərinin təşkili, mühafizə-yanğın siqnalizasiyası, monitorinq və radiosiqnalların ötürürülməsi sahəsində konsaltinq xidmətlərinin bütün spektrini həyata keçirir. Mühafizə sistemləri sahəsində olan böyük iş təcrübəsi mütəxəssislərimizə nüfuzlu ekspert qismində çıxış edərək, obyektlərin təhlükəsizliyinin təmin edilməsi mövzusunda onların rəhbərlərinə, sahiblərinə və personalına məsləhətlər verməyə imkan verir. Şirkətimizin təklif etdiyi konsaltinq xidmətləri sırasında aşağıdakılar vardır:

• Ekspert konsaltinqi. Mühafizə sistemlərinin işinin effektivliyinin təhlili, konsultasiya;

• Proses konsaltinqi. Mühafizə sistemlərinin işinin monitorinqi, obyekt üşün təhlükəli vəziyyətlərin modelləşdirilməsi;

• Təlim konsaltinqi. Obyektlərin rəhbərlərinə, sahiblərinə və personalına effektiv mühafizə sistemi texnologiyaları təliminin keçirilməsi.

Konsaltinq xidmətləri köhnə və ya effektivliyi az olan mühafizə sistemlərinə malik olan dövlət və xüsusi mülkiyyət obyektləri üçün xüsusilə aktualdır. Eyni zamanda, hələlik mühafizə kompleksinə malik olmayan və belə mühafizəyə ehtiyacı olan yeni tikilmiş obyektlər də konsaltinq xidmətlərinin predmetidir.