İnnovasiya sistemlərindən və texnologiyalardan istifadə, xüsusi üslubda yerinə yetirilən iş və həmçinin, böyük iş təcrübəsi firmamıza təhlükəsizlik sistemlərinin təşkili üzrə ən mürəkkəb məsələləri həll etməyə imkan verir.

Şirkətimiz haqqında

“YARASA Ltd” firması 1996-cı ildən Azərbaycanın müvafiq texnologiyalar bazarında uğurla fəaliyyət göstərir. Bu gün şirkət, ölkənin mühafizə və təhlükəsizlik sistemləri sahəsində liderlərdən biri hesab edilir. İnnovasiya sistemlərindən və texnologiyalardan istifadə, xüsusi üslubda yerinə yetirilən iş və həmçinin, böyük iş təcrübəsi “YARASA Ltd” firmasına təhlükəsizlik sistemlərinin təşkili üzrə ən mürəkkəb məsələləri dünya standartlarına tam uyğun şəkildə həll etməyə imkan verir. “YARASA Ltd” firmasının əsas xarakterik xüsusiyyətləri dedikdə, ilk növbədə bunlar nəzərdə tutulur:

•Təhlükəsizlik sistemlərinin Azərbaycanda analoqu olmayan təşkili metodları;

•Əməkdaşların yüksək ixtisas səviyyəsi və onların iş vərdişlərinin daima mükəmməlləşdirilməsi;

•Müasir təhlükəsizlik sistemlərinin təşkili üçün nüfuzlu avadanlıq istehsalçıları ilə əməkdaşlıq;

•Azərbaycan Respublikası DİN BMİ ilə müqavilə əsasında əməkdaşlıq;

•Şirkətin mühafizəsi altında olan minlərlə dövlət və şəxsi sektor obyektlərinin mövcudluğu.

“YARASA Ltd” firması, müasir təhlükəsizlik sistemlərinin təşkili üçün avadanlıq istehsal edən “Intelligence”, “Paradox Security Systems” kimi nüfuzlu istehsalçıların rəsmi distribüteridir. Şirkətimiz həmçinin, “Securitech”, “ADEMCO”, “Computar”, “Northen Computers”, “System Sensor” və digər tanınmış ticarət markalarının da məhsullarını müştərilərinə təklif edir.

1999-cu ildən Azərbaycanda unikal “YARASA-İNFORMER” məlumat-texniki xidməti fəaliyyət göstərməkdədir. Bu – “YARASA Ltd” şirkətinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi ilə birgə hazırladığı bir layihədir. Bu sistem dövlət və xüsusi əmlak obyektləri üzərində bütün sutka boyunca mərkəzləşdirilmiş nəzarəti təmin edən bir layihə olub, ən ciddi dünya standartlarına cavab verir. Hal-hazırda məlumat-texniki xidmət xətti ilə minlərlə dövlət və xüsusi əmlak obyektləri mühafizə olunurlar.