“YARASA Ltd” şirkəti tərəfindən quraşdırılan texnikaya verilən sertifikatlar, bu texnikanın keyfiyyətinin, fasiləsiz fəaliyyət göstərməsinin və maksimal iş qabiliyyətliliyinin zəmanətidir.

Avadanlıq

“YARASA Ltd” firması, innovasiyalı təhlükəsizlik sistemlərinin təşkili üçün müasir və yüksək texnoloji avadanlıq istehsal edən "Honneywell Security (ABŞ)" şirkətlər qrupuna daxil olan “Intelligence”, “Paradox Security Systems” (Kanada) kimi dünya şöhrətli istehsalçıların rəsmi distribüteridir. Fəaliyyət prosesində şirkətimiz həmçinin, “Securitech”, “ADEMCO”, “Computar”, “Northen Computers”, “System Sensor” və digər nüfuzlu istehsalçıların da məhsullarından istifadə edir.

“YARASA Ltd” şirkəti təşkilatları aşağıdakı avadanlıqlarla təmin edir, onları quraşdırır və xidmət edir:

•Kompleks innovasiyalı təhlükəsizlik sistemləri;

•Hər hansı mürəkkəbblik dərəcəli professional telemüşahidə;

•Mühafizə-yanğın siqnalizasiya sistemləri;

•Radiosistemlər, məsafədən monitorinq kompleksləri.

Peşəkarlardan ibarət texniki qrup quraşdırılmış avadanlıqların fəaliyyətinə bütün sutka boyunca - 24 saat ərzində nəzarəti həyata keçirir. Buradakı mütəxəssislər operativ şəkildə hər hansı bir nasazlığı aradan qaldırmaq iqtidarındadırlar ki, bu da bütün sistemin işinə yüksək etibarlılıq və fasiləsizlik zəmanəti verir. “YARASA Ltd” şirkəti tərəfindən təchiz edilən bütün avadanlıqların dünya standartlarına cavab verən keyfiyyət sertifikatları vardır.