Müştərinin məxfiyinin qorunması

"YARASA Ltd" şirkəti müştərilərinin şəxsi məlumatlarının tam məxfiliyini və mühafizəsini təmin edir. İş prosesində və xidmətlərin göstərilməsi gedişatında mütəxəssislərimiz xidməti məqsədlər üçün sifarişçi barədə məlumatları yığa, saxlaya və istifadə edə bilərlər. Növbətçi operator tərəfindən obyektdəki vəziyyətə nəzarət və monitorinq prosesində də şəxsi məlumatlar daxil ola bilərlər.

Proqram-aparat təminatı

Müasir təhlükəsizlik, monitorinq və radiosiqnalların ötürülməsi sistemlərinin təşkili üçün "YARASA Ltd" şirkəti proqram-aparat təminatının kompleks quraşdırılmasını həyata keçirir.Şirkətimiz "Paradox", "Intellisense", "Securitech", "Computar", "ADEMCO", "Northen Computers", "System Sensor" və digər bu kimi tanınmış istehsalçıların texniki avadanlıqlarını realizə edir və quraşdırır.

Sertifikatlı personal tərəfindən aparatların idarə edilməsi

Növbətçi personal ixtisaslaşdırılmış təlim keçir

"YARASA Ltd" şirkətinin texniki qrupu quraşdırılmış avadanlığın vəziyyətinə bütün sutka boyunca - 24 saat ərzində müşahidəni həyata keçirir. Hər hansı bir pozuntu, nasazlıq baş verdiyi halda isə mütəxəssislərimiz təcili şəkildə obyektə gəlir və operativ şəkildə nasazlıqları aradan qaldırır. Biz maksimal şəkildə operativ və professional işləyirik.

Növbətçi operator silahlı patrulun hərəkətlərini koordinə edir

Mühafizə sisteminin quraşdırılması məsafədən idaəetmə pultu arxasında daima növbətçi operatorun olmasını da nəzərdə tutur. Bu növbətçi mütəxəssis obyektdəki vəziyyətə nəzarət edir və hər hansı, hətta ən kiçik təhlükə yaranan kimi həmin rayon ərazisində növbə çəkən polis dəstəsinə həyəcan siqnalı ötürür. Növbətçi operatordan siqnal daxil olan kimi silahlı polis dəstəsi həmin andaca hadisə yerinə gəlir.

Sutka boyunca əvəzlənən növbəçilik

Mühafizə olunan obyektlərin mərkəzləşdirilmiş məsafədən monitorinq sistemi, müasir avadanlıqla təchiz edilmiş "YARASA-INFORMER" məlumat-texniki xidmətin bazasında həyata keçirilir. Bu zaman hər bir obyekt barədə məlumat arxasında növbətçi operatorlar olan məsafədən monitorinq pultlarına daxil olur.