Ən yeni proqramlar müasir aparat platforması üzərində qurulmuşdur

Proqram-aparat təminatı Ən yeni proqramlar müasir aparat platforması üzərində qurulmuşdur

Müasir təhlükəsizlik, monitorinq və radiosiqnalların ötürülməsi sistemlərinin təşkili üçün "YARASA Ltd" şirkəti proqram-aparat təminatının kompleks quraşdırılmasını həyata keçirir. Şirkətimiz "Paradox", "Intellisense", "Securitech", "Computar", "ADEMCO", "Northen Computers", "System Sensor" və digər bu kimi tanınmış istehsalçıların texniki avadanlıqlarını realizə edir və quraşdırır. Bu məhsullar innovativ, maksimal effektiv və etibarlı mühafizə sistemlərinin texniki cəhətcə kompleks təchizatı üçün tam funksional qurğu sırasını təşkil edirlər.

Şirkətimizin mütəxəssisləri tərəfindən həmçinin strateji təyinatlı obyektlər üçün də xüsusi mühafizə komplekslərinin quraşdırılması həyata keçirilir. Bu zaman təhlükəsizliyə, tele- və radiosiqnallarına icazəsiz müdaxilə cəhdlərindən ən yüksək mühafizə dərəcəsinə zəmanət verilir. Tətbiq olunan avadanlığın keyfiyyəti o dərəcədə yüksəkdir ki, bu, məlumatların tam məxfiliyinin təmin edilməsinə imkan verir. Kompleks proqram-aparat təminatı, məlumatları məsafədən monitorinq mərkəzi pultuna ötürməklə, obyektdə bütün sutka boyunca müşahidə sisteminin təşkil edilməsinə imkan verir. Avadanlığın saz vəziyyətdə olmasına isə bütün nasazlıqları operativ şəkildə aradan qaldıran texniki qrup nəzarət edir.