"YARASA Ltd" şirkəti müasir təhlükəsizlik sistemlərinin təşkili üçün avadanlıq istehsal edən dünya şöhrətli mühafizə avadanlığı istehsalçılarının rəsmi distribütorudur.

SECOLink

Mühafizə obyektlərinin məsafədən idarəetmə, videomüşahidə, mühafizə, məlumatların ötürülməsi sistemləri.

Avtomobillərin mühafizəsi sistemləri, mühafizə sistemlərinin vericiləri;
Avtomobil immobilayzerləri;
Məsafədən idarəetmə sistemləri;
Videomüşahidə sistemləri;
Otaqların mühafizəsi sistemləri;
GSM şəbəkəsindən istifadə etməklə məlumatların ötürülməsi qurğuları;
İstehsalın idarəedilməsi informasiya sistemləri.

Paradox

Əlçatarlığa nəzarət funksiyalı mühafizə, yanğından mühafizə və inteqrə edilmiş sistemləri istehsal edir.

"Paradox Distribution Centre" şirkəti əlçatarlığa nəzarət funksiyalı mühafizə, yanğından mühafizə və inteqrə edilmiş sistemləri istehsal edən Kanadanın məşhur "Paradox Security Systems" şirkətinin rəsmi nümayəndəsidir. "Paradox Security Systems" şirkəti bütün dünyada öz məhsullarında ən yeni texnologiyalar tətbiq edən çox yüksək keyfiyyətli mühafizə sistemlərinin istehsalçısı kimi tanınmışdır. "Paradox Distribution Centre" şirkətinin fəaliyyətinin əsas istiqaməti isə "Paradox Security Systems" şirkətinin mühafizə sistemlərinin MDB və Baltikyanı ölkələrdə distribütorluğunun həyata keçirilməsidir.