Mühafizə pultu 24-saatlıq siklin təmin edilməsi üçün zəruri olan hər bir şeylə təchiz olunmuşdur

Sutka boyunca əvəzlənən növbəçilik Mühafizə pultu 24-saatlıq siklin təmin edilməsi üçün zəruri olan hər bir şeylə təchiz olunmuşdur

Mühafizə olunan obyektlərin mərkəzləşdirilmiş məsafədən monitorinq sistemi, müasir avadanlıqla təchiz edilmiş "YARASA-INFORMER" məlumat-texniki xidmətin bazasında həyata keçirilir. Bu zaman hər bir obyekt barədə məlumat sutkanın 24 saatı, həftənin 7 günü ərzində arxasında növbətçi operatorlar olan məsafədən monitorinq pultlarına daxil olur. Belə nəzarət mühafizə altında olan hər bir obyektin maksimal şəkildə qorunmasına zəmanət verir.

Obyektdən gələn məlumat növbətçi operatorun həm məsafədən monitorinq pultuna, həm də telefon xəttinə daxil olur. "YARASA Ltd" şirkətinin əməkdaşı həyəcan siqnalına anındaca reaksiya verərək, təhlükə barədə məlumatı müvafiq rayonda növbə çəkən polis dəstəsinə ötürür. Bir neçə dəqiqə ərzində silahlı polis patrulu hadisə yerinə gəlir. "YARASA-INFORMER" məlumat-texniki xidmətinin texniki cəhətcə təchizatı ən yüksək dünya stantartlarına cavab verir. Bu gün "YARASA Ltd" şirkətinin növbətçi operatorlarının sutkaboyu monitorinqi altında Azərbaycanın bütün ərazisi boyunca yerləşmiş minlərlə obyekt mövcuddur.