Quraşdırılmış sistemlərin işində kənarlaşmaların tapılması üçün texniki qrupun mütəxəssisləri tərəfindən müntəzəm olaraq onların diaqnostikası aparılır.

Sertifikatlı personal tərəfindən aparatların idarə edilməsi Növbətçi personal ixtisaslaşdırılmış təlim keçir

"YARASA Ltd" şirkətinin texniki qrupu quraşdırılmış avadanlığın vəziyyətinə bütün sutka boyunca - 24 saat ərzində müşahidəni həyata keçirir. Hər hansı bir pozuntu, nasazlıq baş verdiyi halda isə mütəxəssislərimiz təcili şəkildə obyektə gəlir və operativ şəkildə nasazlıqları aradan qaldırır. Nəzərə almaq lazımdır ki, şirkətimiz tanınmış vı nüfuzlu avadanlıq istehsalçılarının aparatlarını realizə edir və quraşdırır. Bütün bu avadanlıqlar müvafiq keyfiyyət sertifikatlarına malikdir və dünya standartlarına uyğundur. Əlbəttə ki, istismar zamanı yol verilən səhvlər, avadanlığın tədrici aşınması və mexaniki zədələnməsi hətta ən keyfiyyətli texnikanın belə quraşdırılması zamanı nasazlıqlara gətirib çıxara bilər.

Elə bu səbəbdən də, "YARASA Ltd" şirkətinin mütəxəssisləri mühafizə sistemlərinin aparat-texniki təminatının kompleks monitorinqini həyata keçirirlər. Bəzən belə də olur ki, texniki qrup obyektə gələrək nasazlıqları aradan qaldırır, amma halbuki həmin obyektin sahibi hətta bu nasazlıqları sezməmişdi. Biz maksimal şəkildə operativ və professional işləyirik. Hətta bundan da başqa, mümkün nasazlıqları öncələmək niyyətilə quraşdırılmış sistemlərin işində kənarlaşmaların tapılması üçün texniki qrupun mütəxəssisləri tərəfindən onların diaqnostikası aparılır.