“YARASA Ltd” şirkəti xidmətlərin yüksək keyfiyyətinə və hər bir müştəriyə fərdi yanaşmaya zəmanət verir.

Konsaltinq

Obyektin təhlükəsizliyinin təmini üçün konsaltinq işlərinin aparılması.

Mühafizə sistemləri sahəsində olan böyük iş təcrübəsi "YARASA Ltd" şirkətinin mütəxəssislərinə nüfuzlu ekspert qismində çıxış edərək, obyektlərin təhlükəsizliyinin təmin edilməsi mövzusunda onların rəhbərlərinə, sahiblərinə və personalına məsləhətlər verməyə imkan verir. Belə xidmət köhnəlmiş və ya effektivliyi az olan mühafizə sistemlərinə malik dövlət və xüsusi mülkiyyət obyektləri üçün daha aktualdır.

Kabelləşdirmə

Sifarişçinin obyektlərində kompleks təhlükəsizlik sistemlərinin quraşdırılması üzrə işlərin təşkili.

"YARASA Ltd" şirkəti yeni və artıq istismara verilmiş obyektlərin ərazilərində kabelləşdirmə və kommunikasiya xətlərinin çəkilməsi sahəsində geniş xidmətlər spektri həyata keçirir. Kompleks kabelləşdirmə sifarişi zamanı isə şirkətimiz podratçı rolunda çıxış edir - işin layihə-smeta sənədləşməsini hazırlayır, binanın kabel sistemlərinin çəkilməsini yerinə yetirir.

Audit

Mövcud sistemlərin təhlükəsizlik kompleksi parametrlərinə uyğunluğu baxımından testdən keçirilməsi.

"YARASA Ltd" şirkəti obyektlərin təhlükəsizlik sistemlərinin auditini həyata keçirir. Xidmətin əsas məqsədi - mühafizənin effektivliyinin qiymətləndirilməsi və artırılması, mühafizənin təmin edilməsinə çəkilən xərclərin azaldılması imkanlarının təhlil edilməsidir. Keçirilmiş audit nəticəsində müəssisə onun mühafizə sisteminin işinin effektivliyini əhəmiyyətli dərəcədə artıran təhlükəsizliyin təmin edilməsi sahəsində müasir texnologiyalar tətbiq edir. ffgv