Şirkətimizin hər bir əməkdaşı - böyük iş təcrübəsinə malik, professional iş vərdişlərini günbəgün təkmilləşdirən, ona həvalə edilmiş işə məsuliyyətli və vicdanla yanaşan bir şəxsiyyət deməkdir.

Əməkdaşlarımız

“YARASA Ltd” şirkətinin əməkdaşları - mühafizə fəaliyyəti və texnoloji sistemlərin fəaliyyətinin təmini sahələrində yüksəkixtisaslı peşəkarlardır. Şirkətimizin hər hansı bir əməkdaşını xarakterize etmək istəsək, ona yalnız böyük iş təcrübəsinə malik, professional iş vərdişlərini günbəgün təkmilləşdirən, ona həvalə edilmiş işə məsuliyyətli və vicdanla yanaşan bir şəxsiyyət kimi qiymət vermək mümkündür.

Maksumal diqqətlilikləri, təhlükəni anındaca aşkar edərək ona müvafiq reaksiya vermələri farqlənən növbətçi operatorlarımız mühafizə olunan obyektlərin bütün sutka boyunca - 24 saat ərzində monitorinqini həyata keçirirlər. Operatorlarımızın ildırım sürətli reaksiyası, rayonun mühafizəsini həyata keçirən polis dəstəsinə obyektə olan təhlükə barədə bir göz qırpımında məlumat ötürməyə imkan verir.

Mühafizə sistemlərinin texniki cəhətdən saz vəziyyətdə qalması isə texniki qrup tərəfindən təmin olunur. Texniki qrupun tərkibində olan mütəxəssislər qurğuların quraşdırılmasını həyata keçirir, onların işində meydana çıxan pozuntuları diaqnoz edir və operativ şəkildə aradan qaldırırlar. Bu mütəxəssislərimizin yüksək peşəkarlığı hər hansı növdən olan mühafizə sistemlərinin saz olmasına və fasiləsiz işinə zəmanət verir.