"Yarasa" şirkəti göstərdiyi xidmətlərin yüksək keyfiyyətinə və hər bir müştəriyə fərdi yanaşmanın sərgilənməsinə zəmanət verir.

OFİSLƏR

Hər bir müəssisənin əməkdaşlarının və texniki bazasının təhlükəsizliyi – onun uğurlu işinin əsasıdır. Lakin hər bir an sizin ofisinizin sakit həyatı əsil cəhənnəmə çevrilə bilər. Belə ki, pisniyyət insanların hərəkətlərindən heç kim sığortalanmamışdır. Məsələn, təsəvvür edək ki, rəsmi bayram günləridir. Təbii ki, ofisdə heç kim yoxdur – hamı istirahətdədir. Ofisin zahiri gözəlliyini görüb, onu çoxdan bəndləmiş qarətçilər hansısa yolla ofisə daxil olurlar. Əlbəttə ki, onlar bütün diqqətlərini ofisdə olan ən qiymətli şeylərə - kompüter texnikasına, printerlərə, televizorlara və əgər başları çıxırsa, hansısa qiymətli kağızların axtarışına yönəldəcəklər. Nəticədə isə Siz həm qiymətli texnikanızdan, həm də mühüm sənədlərinizdən məhrum olmuş olursunuz. Məsələnin ən pis məqamlarından biri də budur ki, bu zaman, Sizin üçün mühüm olan sənədlər, məlumat saxlama vasitələri qarətçilər üçün heç bir əhəmiyyət kəsb etməsə, onlar sadəcə məhv ola və ya yarasız hala düşə bilərlər. Adətən isə belə sənədlərin və ya məlumat bazasının yenidən bərpası ya heç mümkün olmur, ya da ki, çox uzun vaxt, hətta bəzən aylar tələb edir. Hələ bundan başqa, qarət ofis mebelinin, qapıların və divarların da korlanması ilə müşahidə oluna bilər. Hər bir halda belə bir hadisənin Sizin büdcənizə ciddi ziyan vuracağı şübhəsizdir. Əlbəttə ki, bu cür xoşagəlməz halları öncədən bilmək mümkün deyildir, amma qarşısını almaqsa – mümkündür. “YARASA” şirkəti qarət və oğurluq hallarının qarşısının alınması üçün müasir mühafizə sistemlərinin kompleks quraşdırılmasını, yəni uzaqdan idarə olunan monitorinq pultunu təklif edir. Monitorinq pultunun quraşdırılması ilə Sizin ofisiniz sutkanın 24 saatı ərzində, həftənin bütün 7 günü boyunca etibarlı mühafizə altında olacaqdır. Hər hansı, hətta ən kiçicik təhlükə yaranan zaman isə siqnal ani şəkildə pulta daxil olacaq və 3 dəqiqə ərzində silahlı polis dəstəsi hadisə yerində olacaqdır. Təhlükəsizlikdən danışanda hər saniyənin əhəmiyyəti olur – belə isə ofisinizin mühafizəsini professionallara tapşırın.