"Yarasa" şirkəti göstərdiyi xidmətlərin yüksək keyfiyyətinə və hər bir müştəriyə fərdi yanaşmanın sərgilənməsinə zəmanət verir.

ŞƏHƏRƏTRAFI KOTTECLƏR

Soyğunçuların diqqətini daha çox cəlb edən yerlərdən biri də şəhərətrafı kotteclərdir. Onların məntiqi ilə özünə kottec almağa imkanı olan şəxsin orada bahalı əşyalar, zərgərlik məmulatları və hətta əntiq mallar saxlaya bilməsi ehtimalı böyükdür. Məsələn, belə bir vəziyyət... Günəşli bir gün. Siz ailənizlə birlikdə şəhərətrafı kottecinizdən dəniz kənarında piknik keçirmək üçün çıxmısınız. Əhvalınız əladır, irəlidə isə çoxlu pozitiv dəqiqələrin gözləntisindəsiniz. Başınızın xoş əhval-ruhiyyəyə qarışdığı vaxt, evinizə soyğunçular girirlər. Soyğunçuluqda böyük təcrübə qazanmış cinayətkarlar üçün siqnalizasiyanı söndürmək və qapıları açmaq çətin bir iş deyildir. Onlar az-çox qiyməti olan və özləri ilə götürə biləcəkləri hər şeyi aparırlar. Şən ruhiyyə ilə piknikdən qayıdan sizin gözləriniz qarşısında açılan mənzərə: evinizdəki xaos, dağılmış mebel, sınmış əşyalar və bir çox qiymətli əşyaların, o cümlədən, Sizin üçün böyük mənəvi dəyərə malik, canilər üçün isə sadəcə “lom” qoymətinə satılacaq əmtəələrin itirilməsi ilə səciyyələnəcəkdir. Təbii ki, nəinki həmin xoş əhvalınızdan əsər-əlamət belə qalmayacaqdır, əslində böyük stresə məruz qalacaqsınız. "YARASA Ltd" hansısa bir cinayət fikirli şəxsin Sizin kottecin ərazisinə hər hansı bir müdaxiləsini kökündən istisna olunmasını təklif edir. Biz kompleks mühafizə sistemləri quraşdırır və bütün sutka boyunca müşahidəni həyata keçiririk. Əmlakınız üçün hər hansı bir, hətta ən kiçicik belə təhlükə yaranan kimi isə siqnal ani şəkildə məsafədən mühafizə pultuna daxil olur. Bir neçə dəqiqədən sonra hadisə yerinə silahlı polis dəstəsi gəlir və caniləri iş başında yaxalayırlar.