"Yarasa" şirkəti göstərdiyi xidmətlərin yüksək keyfiyyətinə və hər bir müştəriyə fərdi yanaşmanın sərgilənməsinə zəmanət verir.

YANACAQDOLDURMA MƏNTƏQƏLƏRİ

Bədxah niyyətli insanlar üçün avtomobil yanacaqdoldurma stansiyalarının kassası çox cəlbedici görünən "yağlı tikə" funksiyasını daşıyır. Bundan başqa, yanacaqdoldurma stansiyaları (YDS) yanğın təhlükəsi yüksək olan yerlərdən sayılır. Bu səbəbdən də YDS-in ərazisi daima ixtisaslaşdırılmış personalın olmasını labüd edir. Belə bir səhnə. Gecədir. Bir qədər gediş-gəlişdən uzaq olan yerdə yerləşmiş bir yanacaqdoldurma stansiyası. Demək olar ki, heç bir müştəri yoxdur. Adi bir müştəri qiyafəsində olan qarətçilər YDS-in binasına daxil olurlar və xəzinədarı təhdid edərək, ondan gün ərzində yığılmış pulları tələb edirlər. Görəsən YDS əməkdaşı həyəcan düyməsini sıxmağa çatdıracaqmı? Görəsən mühafizəçilər vaxtlnda gəlib çıxacaqlarmı? Mühafizəçilər soyğunçuları zərərsizləşdirə biləcəklərmi? Əgər söhbət YDS kimi xüsusi təhlükəli obyektdən gedirsə, onda bu kimi suallar əmin bir cavabsız qala bilməzlər. Bir qayda olaraq, yaşayış məskənlərindən uzaqda yerləşən YDS-in qarətə məruz qalma ehtimalları böyük olur. Pult mühafizəsinin əməkdaşları buraya sadəcə olaraq vaxtında çatmaya bilərlər. "YARASA Ltd" şirkəti YDS-in əməkdaşlarının, əmlakının və pullarının təhlükəsizliyinin təmin edilməsini təklif edir. Biz obyektin bütün ərazisinin sutkanın 24 saatı, həftənin 7 günü boyunca müşahidəsini təmin edən müasir mühafizə sistemlərini quraşdırırıq. Monitorinqin özü isə təcrübəli mütəxəssislər tərəfindən həyata keçirilir. Hər hansı bir hadisə baş verdikdə, onlar təhlükə siqnalını həmin andaca ən yaxın silahlı polis dəstəsinə ötürürlər. Quldurlar heç gözlərini belə qıpmağa imkan edə bilmirlər – silahlı dəstə artıq onların başlarının üstünü alır.